Tokayev sabah Bakıya gəlir

10.03.2024 13:00     Sosreaksiya     93

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Martın 11-12-də Prezident Qasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda bildirilib.

Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar