Zərdabda silah-sursat tapıldı

10.03.2024 17:00     Sosreaksiya     109

Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilində silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Reaksiya.az-a bildiriblər ki, dərhal hadisə yerinə baxış keçirilib. Ərazidən 1 tapança, 34 patron və patron darağı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar