Urmiyada partlayış: bir ailənin 4 üzvü öldü

11.03.2024 13:00     Sosreaksiya     94

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində iki mərtəbəli mənzildə partlayış baş verib.

Reaksiya.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində bir ailənin 4 üzvü ölüb, 3 nəfər isə yaralanıb.

Hadisənin çərşənbə şənliklərində istifadə etmək üçün saxlanılan alışdırıcı maddələrin partlaması nəticəsində baş verdiyi bildirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar