DYP-dən yükdaşıma ilə məşğul olanlara müraciət

11.03.2024 14:45     Sosreaksiya     126

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Reaksiya.az müraciətin mətnini təqdim edir:

"Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Təəssüflər olsun ki, ötən həftəsonu ərzindən bu qayda pozuntusuna yol verdiklərinə görə 181 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edikərək barələrində qanunamüvafiq tədbirlər görülmüşdür.

Normadan artıq, eləcə də düzgün qablaşdırılmamış yüklərin daşınması yol hətəkəti iştirakçıları üçün real təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların sıradan çıxmasına səbəb olur.

Yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, təyinatından asılı olmayaraq daşınması həyata keçiriləcək istənilən yükün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamasını nəzarətdə saxlamaqla qayda pozuntusuna yol verməsinlər, özləri və digər hərəkət iştirakçıları üçün yollarda təhlükə yaratmasınlar".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar