Kanadada hidroplan qəzaya uğrayıb - 6 ölü
25.08.2015 05:42 Sosreaksiya 1781

Kanadanın Kvebek əyalətinin şimalında hidroplanın qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbər görə, bu barədə Montreal Gazette məlumat yayıb.
Məlumata görə, ölənlərdən dördü Britaniya vətəndaşı, biri fransalı turist, biri isə yerli pilotdur.
Qəza Le-Berjeron yaşayış məntəqəsinin yaxınlığında meşə ərazisində baş verib.
Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.
Şərhlər