Solovyovun ağlaşması: İrəvanı da verəcəklər
11.03.2024 14:12 Sosreaksiya 406
Orada müharibə olacaq. Azərbaycan onlara dedi ki, 6 kəndi qaytar (Azərbaycan işğalda olan 8 kəndini tələb edir – red.). Onlar da qaytaracaq. İrəvanı da verəcəklər.
Bunu rusiyalı aparıcı Vladimir Solovyov “Rossiya” telekanalında yayımlanan, özünün aparıcısı olduğu “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda Ermənistan barədə çıxışında deyib.
Veriliş boyu qeyri-adi sevgi ilə erməni təəssübkeşliyi çəkən Solovyov ermənilərin “bir neçə min illik dövlətçilik tarixi” olduğunu da vurğulamaqdan çəkinməyib:
“Bir nəfər (Nikol Paşinyan nəzərdə tutulur – red.) erməni xalqının bir neçə min illik dövlətçilik tarixini bitirir. Ermənilər böyük xristian xalqıdır. Xristianlığı üç yüz neçənci ildəsə ilk rəsmi qəbul edən bir dövlət gözlərimizin önündə məhv olur”.
Şərhlər