Azyaşlının cibinə narkotik qoyub, həbsxanaya keçirmək istədi
11.03.2024 16:15 Sosreaksiya 122
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı 15 saylı cəzaçəkmə müəssisəsinə azyaşlının cibində narkotik keçirilməsinin qarşısını alıb.
Bu barədə Reaksiya.az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkum Əfləddin Seyfullazadə ilə görüşə gəlmiş tanışı Ülviyyə Rzayevanın və azyaşlı Zəhra Hümbətlinin əşyalarına və üzərilərinə baxış keçirilən zaman Z.Hümbətlinin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.
Şərhlər