Fransada məscid yandırıldı

25.08.2015 06:16     Sosreaksiya     1782

Fransanın Auc şəhərində eyni adlı məsciddə yanğın hadisəsə baş verib.

Reaksiya.az-ın məlumatına görə, hadisədən sonra polisin apardığı araşdırmalar nəticəsində məlum olub ki, məscid naməlum şəxslər tərəfindən qəsdən yandırılıb.

Naməlum şəxslər məscidi benzinlə yandırıblar. 70%-i yanan məscidin kimlər tərəfindən yandırılması polis tərəfindən araşdırılır. 

Hadisə ölkədə böyük səs- küyə səbəb olub. Fransa prezidenti Fransua Olland baş vərən hadisə ilə bağlı açıqlama verib. 

Yelisey Sarayından verilən açıqlamada yanğının qəsdən törədilməsi açıq-aşkar bəyan edilib və yanğın hadisəsi pislənilib.

“Məscidə qarşı edilən hücum dəyərlərimizə edilən açıq bir təhdiddir. Müsəlman icmaların inanclarını azad və etibarılı şəkildə həyata keçirmələri üçün şərait yaradılmalıdır.” – deyə Yelisey Sarayından verilən açıqlamada bildirilir.

 

Şərhlər

Çox oxunanlar