Bakının Qarabağı geri alması ilə nə dəyişdi? – ABŞ kəşfiyyatı

12.03.2024 13:00     Sosreaksiya     134

Ukraynadakı müharibə Rusiyanın Cənubi Qafqazda regional təhlükəsizlik arbitri rolunu zəiflədib, buna görə Moskva Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatın (bir günlük antiterror tədbirləri nəzərdə tutulur – red.) qarşısını almaq üçün resurs və siyasi kapitalını istifadə etmək istəməyib.

Reaksiya.az xəbər verir ki, bu fikirlər ABŞ kəşfiyyatının builki hesabatında əks olunub.

Hesabatda Azərbaycanın ötən il həyata keçirdiyi birgünlük antitterror tədbiri, Ermənistan və Azərbaycan arasında sülh perspektivləri və toqquşma ehtimalı ilə bağlı qiymətləndirmələr də yer alıb.

ABŞ kəşfiyyatının hesabatında qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında münasibətlər çox güman ki, gərgin olaraq qalacaq:

“Azərbaycanın Qarabağı geri alması qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma müddəti və intensivliyi məhdudlaşacaq. Buna baxmayaraq, sülh müqaviləsinin bağlanmaması, hərbi qüvvələrin bir-birinə yaxınlığı, atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması, Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması vəziyyəti davam edəcək”.

Bildirilir ki, antiterror əməliyyatları nəticəsində Qarabağdakı qondarma qurumun sıradan çıxarılması Bakıya regionun Azərbaycanla inteqrasiyası planlarını irəli sürməyə imkan verib.

Şərhlər

Çox oxunanlar