Əncirin bu faydalarını bilirsinizmi?

25.08.2015 08:23     Sosreaksiya     1748

Əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və çox faydalıdır. Əncir ödqovucudur və qara ciyəri möhkəmləndirir. Süd içə bilmirsinizsə, əncir yeyin. Əncirin tərkibində olan yüksək miqdarda kalsium, fosfor sümük və dişləri möhkəmləndirir. Əncirin tərkibində olan maqnezium, fosfor xərçəngə qarşı mübarizədə təsirlidir. Quru əncir də uşaqlar üçün çox faydalıdır. 
 
Quru əncir doğranır və üzərinə su əlavə edilib 10-15 dəqiqə dəmlənir. O, həmçinin, sidiyin tutulmasına, şiddətli ürək döyüntüsünə, qəbizliyə qarşı xeyirlidir. Ənciri asma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək edir. Yaxşı həzm olunması üçün onu cirə və başqa ədviyyə ilə qəbul etmək məsləhətdir. 
 
İbn Sinaya görə, əncirin süd şirəsi içilsə, sidikqovucu təsirə göstərər və böyrəklərdəki qumu əridər. Onun südü əqrəb sancmasına da kömək edir. Yeməkdən əvvəl əncir yeyilərsə, adamı kökəldir və mədəni yumşaldır. Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından istifadə edilir. Əzələ və sinir sisteminin inkişafı üçün olduqca xeyirlidir. Orqanizmin immun sistemini gücləndirir. Əncirin ən böyük faydalarından biri ürək damar xəstəlikləri zamanı müsbət təsiridir.

 

Şərhlər