Ermənistan Azərbaycana qarşı beynəlxalq şikayətləri geri götürə bilər - Paşinyan

12.03.2024 14:36     Sosreaksiya     147

Ermənistanın gündəliyində beynəlxalq qurumlarda Azərbaycana qarşı şikayətlərdən imtina məsələsi də var.

Bunu Baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib.

“Danışıqlar zamanı bu məsələ müzakirə olunub".

Onun sözlərinə görə, bu məsələni ən sonda, sülh sazişinin müddəaları artıq razılaşdırıldıqda və hər iki tərəfin onları imzalamağa hazır olduğu aydınlaşdıqda müzakirə etmək olar.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, əslində sülh müqaviləsinin müddəaları artıq razılaşdırıldığı və tərəflərin onu imzalamağa hazır olduğu aydın olacaq bir halda, sonda müzakirə oluna biləcək məsələdir. Bu, məntiqlidir, çünki tərəflər razılığa gəlsələr və imzalanma mərhələsinə çatsalar, hər iki tərəfin də belə bir qərara gələcəyini istisna etmirəm və hətta məntiqli hesab edirəm”, - Paşinyan bildirib.

“Biz təkcə Ermənistandan danışa bilmərik, hər iki tərəf belə bir qərarla razılaşmalıdır”, - baş nazir deyib.

Qeyd edək ki, Ermənistan Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsinə 4 dövlətlərarası şikayət verib, daha bir şikayətə isə Beynəlxalq Ədalət Məhkəməsində baxılır.

Reaksiya.az

Şərhlər