Zabuxda su anbarı nə zaman istifadəyə veriləcək?

13.03.2024 13:30     Sosreaksiya     143

Bu il Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir.

Reaksiya.az xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

O bildirib ki, Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub:

“Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar