“Müalicə almağa taqətim qalmayıb“ - Hacı Nuran
25.08.2015 10:31 Sosreaksiya 2228

Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran səhhəti ilə bağlı məlumat paylaşıb.
Reaksiya.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb.
"Neçə gündür özümü çox pis hiss edirəm, gecə-gündüz həkimlər başımın üstündə, xəstəlik günbəgün irəliləyir, halım çox dəyişib. Müalicə etməyə və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım...".
Şərhlər