Şirvan şəhər sakinləri Füzulidə 10 kiloqram narkotiklə saxlanılıblar

18.03.2024 11:45     Sosreaksiya     124

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.

Bu barədə Reaksiya.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar