Hacı İbrahim axtarışa verilən baş mühasibi haqda danışdı - "Oğurluq edib"
25.08.2015 12:56 Sosreaksiya 3367

“Mənim rəhbərlik etdiyim “Avesta” konsernində baş mühasib vəzifəsində çalışan Vaqif Bağırov şirkətdən xeyli pul oğurlayıb”.
Bu sözləri Reaksiya.az-a şirkətin sahibi, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli deyib.
Onun sözlərinə görə, Vaqif bu addımı atdığına görə axtarışa verilib.
Hacı İbrahim baş mühasibin hansı məbləğdə pul oğurlamasını açıqlamayıb: “Məbləğin önəmi yoxdur. Fakt odur ki, o, oğurluq edib”.
Qeyd edək ki, Vaqif Bağırovun hazırda Afrikada yaşadığı deyilir.
Şərhlər