Azərbaycanda yağışlar davam edəcək
25.08.2015 13:15 Sosreaksiya 1792

Reaksiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda şimal küləyi əsəcək, arabir güclənəcək. Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturu gecə 17-22, gündüz 22-37, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.
Şərhlər