Narkotikə görə daha 5 nəfər saxlanıldı

20.03.2024 15:45     Sosreaksiya     65

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.

DİN-dən Reaksiya.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səxavət Musayev və Xanlar Məmmədov saxlanılıblar.

Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər də saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar