43 cinayətkar tutuldu

25.08.2015 13:59     Sosreaksiya     2636

Gün ərzində 68 cinayət faktı qeydə alınıb.

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat Daxili İşlər Nazirliyinin saytında yer alıb.

Məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 43 nəfər tutulub.

Şərhlər