DİN "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət etdi

21.03.2024 11:00     Sosreaksiya     216

Daxili İşlər Nazirliyi (DİN) virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.

“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, - o qeyd edib.

Şərhlər

Çox oxunanlar