Meşələr Günü ilə bağlı 42 mindən artıq ağac əkildi

21.03.2024 16:45     Sosreaksiya     109

Beynəlxalq Meşələr Günü ilə bağlı bu gün meşə fondu torpaqlarında 42 mindən artıq ağac əkilib.

Bu barədə Reaksiya.az-a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 42 730 ədəd müxtəlif cinsli ağac tingi əkib: “Əkilən ağaclar mərkəzlərin tinglik sahələrində yetişdirilib".

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Reaksiya.az

Şərhlər