Polis əməliyyat keçirdi - 13 kiloqram narkotik aşkarlandı

22.03.2024 17:46     Sosreaksiya     112

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də ümumi çəkisi 13,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12 kiloqrama yaxın marixuana, 1,1 kiloqramdan çox heroin və metamfetamin, həmçinin 3000 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar