Allahşükür Paşazadə doğum gününü nəvələriylə keçirəcək
25.08.2015 14:34 Sosreaksiya 2621

Xəbər verdiyimiz kimi, sabah bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin 66 yaşı tamam olacaq.
Bu barədə Reaksiya.az-a açıqlama verən şeyxin qardaşı, millət vəkili Cavanşir Paşazadə onun doğum gününü təbrik edib:
“Əvvəla, Şeyx həzrətlərini təbrik edirəm. Ona həyatda böyük uğurlar arzulayıram. Əlbəttə, hər ad günündə olduğu kimi bu dəfə də o, doğum gününü öz nəvələriylə, ailəsi ilə birlikdə keçirəcək. Təbii ki, bizlər də yanında olacağıq. Allah onu böyüklükdən əskik etməsin”.
Şərhlər