"Krokus" teraktı ilə bağlı AZAL-dan sərnişinlərə müraciət

23.03.2024 14:00     Sosreaksiya     93

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir. Reaksiya.az AZAL-a istinadən xəbər verir ki, “Krokus Siti Holl”da baş vermiş faciəli hadisə ilə əlaqədar martın 23-25-də yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir. Reaksiya.az

Şərhlər