Telefonumuzun izləndiyini necə müəyyən edə bilərik?

25.08.2015 17:01     Sosreaksiya     4941

Bir neçə il əvvələ qədər yalnız məşhur şəxslərin məlumatlarını əldə edən  peşəkar hakerlər artıq hamını hədəf alır. Bəs nə dəyişdi?

Hakerlər öz aralarında mübarizə aparır, hər gün fərqli proqramlar yaradırlar. Bu səbəbdən də son dərəcə inkişaf etmiş proqramları istifadə edən cibgirlərin sayı günü-gündən artır. Artıq sadə vətəndaşların da tədbir görməsi lazımdır.

Reaksiya.az haker hücumlarından qorunmağın yollarını təqdim edir:

1. Paroldan mütləq istifadə edin və heç kəslə bölüşməyin. İki nəfərin bildiyi parol gizli sayılmır.

2. Özəl şəkillərininizi mobil telefonda deyil, şəxsi kompüterinizdə və ya yaddaş kartında saxlayın.

3. İstifadə etmədiyiniz vaxt telefonu mütləq şifrəli saxlayın.

4. Haradan gəldiyini bilmədiyiniz mesajları açmadan silin.

5. Bir tətbiqi yüklədikdə təstiqləməzdən öncə sizdən nələr üçün icazə aldığına diqqət edin. Məsələn, hava məlumatı haqqında proqram yüklüyürsünüzsə, yaşadığınız yeri bilmək istəməsi normaldır.

6. Bluetooth üzərindən telefonunuza daxil olmaq mümkündür,ona görə də istifadə etmədiyiniz zaman bluetooth-u bağlayın.

7. Bilmədiyiniz wi-fi şəbəkələrinə qoşularkən diqqətli olun.

8. Arada telefonu format edin və şifrələrinizi dəyişdirin.

Şərhlər