Bu gün ilk Qədr gecəsidir

28.03.2024 10:46     Sosreaksiya     67

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir.

Reaksiya.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi başlayacaq:

“Bundan əlavə, martın 30-u və aprelin 1-də Qədr gecələri olacaq. Aprelin 5-də isə vəhdət üçün sonuncu Qədr gecəsi olacaq”.

Reaksiya.az

Şərhlər