Ermənilərin Qazaxda müharibə hazırlığı - Əskiparada səngər qazırlar
28.03.2024 15:04 Sosreaksiya 220
Qazaxın işğal altında qalan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması məsələsi Ermənistanda ciddi qarşıdurma yaradıb.
Paşinyan hakimiyyəti kəndlərin qaytarılacağını rəsmi şəkildə elan edib. Əks təqdirdə müharibənin başlaya biləcəyini qeyd edirlər. Erməni baş nazirin Tavuşa səfəri, Azərbaycan kəndlərində məskunlaşmış ermənilərlə görüşdə dedikləri rəsmi İrəvanın artıq qərar verdiyini göstərir.
Lakin müxalifət, xüsusilə revanşistlər müqavimət göstərməyə çalışır. Azərbaycan kəndlərində məskunlaşmış ermənilərin bir qismi də zəbt etdikləri evləri tərk etmək istəmir, “sona qədər döyüşəcəklərini” bildirirlər.
Ermənistan mediasının məlumatına görə, Əskipara kəndində məskunlaşan ermənilər ərazidə səngər qazır, Paşinyanın anonsunu verdiyi “müharibəyə” hazırlaşırlar. Yayılan görüntülər də erməni əhalisinin səngər qazmaq planlarını təsdiq edir.
“Hraparak” qəzeti isə ordunu kəndlərin qaytarılmasına qarşı çıxmağa çağırır və yazır ki, Tavuş istiqamətində yerləşmiş hərbi birliklər arasında bunu edə biləcək komandirlər var. Paşinyan Gümrüyə səfəri zamanı üçüncü ordu korpusuna delimitasiya prosesinə müdaxilə etməmək tapşırığı verib, lakin komandirlər buna tabe olmaya, vəziyyəti dəyişə bilər.
"Üçüncü ordu korpusunun komandiri Qriqori Xaçaturov 2021-ci ildə vəzifəsindən azad edildikdən sonra onun yerinə polkovnik Aleksandr Tsakanyan təyin edilib. Tsakanyan Xaçarutovun dövründə burada məsul vəzifədə çalışıb, vətənin müdafiəsində böyük xidmətləri var, ona gördə də onun kəndlərin təhvil verilməsi qərarına tabe olmayacağı gözlənisi var. Noyemberyan hərbi hissəsinin komandiri Qrik Muradyan 2016-cı ilin “aprel müharibəsi”nin iştirakçılarındandır, yerli əhali onu vətənpərvər kimi tanıyır. İcevan komandiri Artyom Fidanyan isə hakimiyyətin adamıdır, onun bu qərara qarşı çıxmayacağı aydındır. Fidanyandan fərqli olaraq, Tsakanyan və Muradyanın müqavimət göstərə biləcəyi mümkündür”, - nəşr yazıb./Publika.az
Şərhlər