Azərbaycanda dəmir yolu ilə daşımalara subsidiya verilməsi üçün Çərçivə Protokolu imzalanacaq

28.03.2024 17:30     Sosreaksiya     183

Bu il avqustun 15-nə qədər Bakıda şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşımalarda razılaşdırılmış proqnoz subsidiya məbləği ilə bağlı Maliyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və daşıyıcı arasında Çərçivə Protokolu imzalanacaq.

Reaksiya.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nda öz əksini tapıb.

Sənədə əsasən, Maliyyə Nazirliyi daşıyıcının təqdim etdiyi məlumatlar və təsdiqedici sənədlər əsasənda onun hesabladığı subsidiya məbləğini yoxlayacaq.

Bu Qaydaların tələblərinə uyğun olaraq razılaşdırılmış proqnoz subsidiya məbləğinə əsasən növbəti il üçün dövlət büdcəsinin tərtibində daşıyıcı üçün ayrılacaq subsidiya məbləği nəzərə alınır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar