Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb
30.03.2024 17:45 Sosreaksiya 205
Daxili İşlər Nazirliyi (DİN) ötən gün vətəndaşlardan götürülən silah-sursatların sayını açıqlayıb.
Bu barədə Reaksiya.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bundan başqa, qanunsuz saxlanılan 1 ədəd tapança, 2 ədəd müxtəlif markalı tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.
Şərhlər