“Türk dünyası media quruluşlarının bir araya gəlməsi olduqca çətindir”... - EKSPERT RƏYİ

09.06.2015 12:40     Sosreaksiya     1794

Bunu “Yeni Akit” qəzetinin parlament şöbəsinin direktoru, yazıçı – jurnalist Muhammed Kutlu Türk dünyası ilə bağlı internet saytlarının fəaliyyət göstərməməsi ilə əlaqədar sualımızı cavablandırarkən Reaksiya.az – a saytına açıqlamasında bildirib. O, qeyd edib ki, böyük rəsmi görmədən ümumi bir nəzər salası olsaq, Türk dünyasında bir çox müstəqil dövlətimizin olduğunu görərik: “Bu bəlkə mənəvi baxımdan müsbət bir haldır. Ancaq gerçəkləri görmək üçün məsələnin dərinliyinə nəzəe salası olsaq, Türkiyə də daxil olmaqla, Türk dünyasında, işlərin o qədər də yolunda getmədiyinin fərqinə varmaq olar. Hətta Almaniya, İtaliya, Fransa kimi ölkələrin belə bütün konturları ilə müstəqil qərar verə bilmədikləri bir dünyada yaşayırıq.

Mətbuat, media dediyimiz vasitə, dünyada Türk düşməni olan dairələrin əlindəki çox əhəmiyyətli silahlardandır. Jurnalistliyə ilk başlayan onlar olduqlarına görə, ayaqda dura bilmək üçün çalışma formasını da onlar müəyyən edirlər.

Bilindiyi kimi, medianın davamlı olmasının ən önəmli şərti, reklam gəlirləridir. Reklam dediyimiz şeyi də yenə eyni dairələr öz inhisarlarına alıblar. Türkiyədən bir nümunə verəcək olsaq, deyək mebel salonunda 50 ildir var olan bir Anadolu firması xeyli böyüyüb milli bir marka olduqdan sonra, milyonlarla dollarlıq reklam kampaniyaları etməkdə çətinlik çəkir. Qurucusu hacı olan, onun oğlu da hacı olan bu mühafizəkar ailənin qurduğu firma, yenə eyni dairələrin əlindəki böyük reklam agentliklərinə yönəldilir. O agentliklərlə razılaşırlar. Deyək ki, illik 10 milyon dollarlıq reklam büdcəsi ayrılır. Ayrılan büdcədə reklam verən firmanın heç bir səlahiyyəti yoxdur. Hansı nəşr quruluşlarına reklam veriləcəyini o xarici ortağı transmilli qruplaşmalar olan reklam agentliyi müəyyən edir. O da Türkiyədəki uzantıları olan transmilli media media orqanlarına reklam paylayır. Firmanın sahibinin bu qəzetə reklam verək deyə israrlı tələbini belə rədd edirlər. Bizə qarışa bilməz müqaviləmiz var deyirlər.

Məhz belə bir mühitdə, ən doğru olan ideal bir fikir kimi Türk dünyası media quruluşlarının bir araya gəlməsi, əməkdaşlıq etməsi olduqca çətindir. “Heç mümkün deyil?” -  deyə soruşsanız, biz Türklər istədikdən sonra gəmiləri dənizdən gətirə, dünyanın ən möhkəm qala divarlarını də keçə bilərik. Çin səddinin bizə görə tikildiyini hamımız yaxşı bilirik. İşlər görülə bilər, amma çox məşəqqətli, çox səy tələb edən çətin bir proses olar”.

Şərhlər