Ukraynalı kinorejissor Oleq Sentsova 20 il həbs cəzası kəsilib

25.08.2015 23:35     Sosreaksiya     1590

Böyük Britaniya ukraynalı rejissor Oleq Sentsov və fəal Aleksandr Kolçenkonun məhkum olunması barədə Rusiya hərbi məhkəməsinin qərarını "siyasi motivli" hesab edir.

Bu barədə Avropa işləri üzrə Britaniya naziri David Lidington bildirib. Məhkəmə qərarını Ukrayna prezidenti Petro Poroşenko da pisləyib.

Rusiyanın Şimali Qafqaz dairəsi üzrə hərbi məhkəməsi "terrorçuluq qrupunu yaratmaqda" təqsirkar tanıdığı ukraynalı rejissor Oleq Sentsova 20 il həbs cəzası kəsib, BBC Rus Xidmətinin müxbiri Yuri Vendik xəbər verir.

Ötən həftə iş üzrə yekun nitqlə çıxış edən prokuror, Sentsova 23 illik həbs cəzası istəyib. İttiham tərəfi həmçinin solçu fəal Aleksandr Kolçenkonun 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə Kolçenkoya 10 il iş kəsib.

Hər iki şəxs Krımın ilhaqından sonra Simferopolda yerləşən rusiyatəmayüllü “Krımın rus icması” və “Vahid Rusiya” partiyasının ofislərinə od vurmaqda ittiham edilirlər.

Maydan hərəkatının fəal iştirakçıları olan müttəhimlər prosesin siyasi motivli olduğunu deyirlər. Cənab Sentsov işgəncə nəticəsində etiraf ifadəsinə məcbur oldunduğunu bildirib.

"Mən sizdən heçnə istəməyəcəm[...], hamıya hər şey aydındır. İşğalçıların məhkəməsi mahiyyətinə görə ədalətli ola bilməz", - Oleq Sentsov son sözündə deyib.

Hüquq müdafiəçiləri Oleq Sentsov və Aleksandr Kolçenkonu siyasi məhbus hesab edirlər. Kiyev ölkənin müxtəlif bölgələrində Rusiya hüquq-mühafizə orqanları tərəfindən "yaxalanmış Ukrayna vətəndaşlarının" azad edilməsini tələb edir.

Andrzej Wajda, Krzysztof Zanussi və Pedro Almodóvar da daxil olmaqla bir sıra məşhur rejissor Rusiya hakimiyyətinə ünvanlanmış məktubda Sentsovun azad olunmasına səsləyir.

Sentsovu Vladimir Putinə yaxın əlaqələrilə tanınan və Krımın ilhaqını dəstəkləmiş məşhur rusiyalı rejissor Nikita Mixalkov da dəstəkləyib.

Oleq Sentsov Krımın ilhaqından bir neçə həftə keçmiş, 2014-cü ildə həbs olunub. Rejissor 2011-ci ildə çəkdiyi "Gamer" filminə görə tanınıb.

Şərhlər