"Azəriqaz"ın sabiq rəhbərinə yeni vəzifə verildi

01.04.2024 13:55     Sosreaksiya     232

"Azəriqaz" İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə "Azərenerji" ASC-də yeni vəzifə verilib.

Reaksiya.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Əliyev "Azərenerji" ASC-nin departament direktoru təyin edilib.

Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Reaksiya.az

Şərhlər