İrəvan Azərbaycanla sərhədə niyə ordu yığır? - Belyayev
02.04.2024 12:11 Sosreaksiya 337
İrəvan ətrafındakı vəziyyət və Rusiya-Ermənistan münasibətləri ilə bağlı bu gün Kremlin mövqeyi son dərəcə ehtiyatlıdır. Rusiya hakimiyyəti hələ də siyasi xəbərdarlıq taktikasından istifadə edir, Ermənistana onların Qərbə 180 dərəcə dönüşünün nəyə gətirib çıxaracağını sözün əsl mənasında bildirir.
Bunu rusiyalı politoloq və iqtisadçı Mixail Belyayev deyib.
“Artıq Ermənistana silahların verildiyini görürük. Nə qədər qəribə səslənsə də, bu gün İrəvana erməni tərəfilə ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsi aparacaq amerikalı hərbi təlimatçılar gəlib. İrəvan Rusiya plastik “Mir” kartlarını öz ərazisində qəbul etməkdən imtina edib. Bu da Ermənistanın Rusiyaya qarşı ikinci dərəcəli Qərb sanksiyalarını tətbiq etməsinə bir işarədir. Müəyyən ssenaridə Ermənistanda hakimiyyətdə rusiyayönlü lider peyda ola bilər. Amma Qərb Rusiya ilə qlobal münaqişə fonunda Ermənistandan elə möhkəm yapışıb və onu xüsusi diqqət mərkəzində saxlayır ki, hələ də güclənən qərbyönlü vektoru kəsmək mümkün deyil. İqtisadi nöqteyi-nəzərdən Rusiyanı, Aİİ-ni Ermənistanda kim əvəz edə bilər? Vəd yox, real şəkildə kim əvəz edə bilər? Bu, ciddi sualdır. Rusiya Ermənistansız yaşaya bilər, biz sadəcə olaraq erməni mallarını həqiqi dost ölkələrin malları ilə əvəz edə bilərik”, - o bildirib.
Şərhlər