Rəng tələbi bu taksilərə şamil olunmur

03.04.2024 13:52     Sosreaksiya     104

1 iyul 2024-cü ildən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.

Bu barədə Reaksiya.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Rəsmi məlumata görə, bu tələb 1 iyul 2024-cü ilədək müraciət edənlərə tətbiq edilmir.

Nümunə: Avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.

Reaksiya.az

 

 

Şərhlər