Fransada qaraçı düşərgəsində baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb

26.08.2015 07:35     Sosreaksiya     1909

Fransanın Somma departamentinin Rua şəhəri yaxınlığında qaraçı düşərgəsində baş vermiş atışma zamanı ölənlərin sayı asayiş keşikçisi daxil olmaqla 4-də çatıb.

Reaksiya.az-n APA-ya istinadən verdiyi xəbərə görə, bunu Fransa DİN rəhbəri Bernar Kaznev bildirib.  “Düşərgənin ərazisinə silahlı şəxs daxil olub. O soyuqqanlılıqla altıaylıq uşağı, daha sonra bir  qadını və bir kişini qətlə yetirib, həmçinin, bir uşaq daxil olmaqla, bir neçə nəfəri yaralayıb”, deyə  Bernar Kaznev bildirib. Uşağın  reanimasiyaya yerləşdirildiyi bildirilir.     

Bundan başqa, cinayətkar hadisə yerinə gəlmiş jandarmlara da atəş açıb. Onlardan biri aldığı güllə yaralarından hadisə yerində keçinib. Buna baxmayaraq cinayətkarı saxlamaq mümkün olub. Polis əməkdaşları onu cəzalandırmağa çalışan qəzəblənmiş izdihamdan çətinliklə qoruya bilib. Məlumata görə, atəş açan şəxs sərxoş olub.  

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. 

 

 

Şərhlər