Sərnişinlərin nəzərinə: Azərbaycanda bu dəmiryol stansiyası bağlandı

04.04.2024 13:43     Sosreaksiya     101

Tovuz dəmiryol vağzalına bilet satışı dayandırılıb. Bunun səbəbini öyrənmək üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

İdarə Reaksiya.az-a faktı təsdiqlədi.

Bildirildi ki, təmir işləri ilə əlaqədar dəmiryol vağzalı bağlıdır. Ona görə də Tovuz stansiyasına bilet satışı dayandırılıb.

İdarədən, təmir işlərinin nə vaxt yekunlaşacağının dəqiq tarixinin bəlli olmadığı bildirildi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar