Həyatımızı asanlaşdıran texnologiyalar sonsuzluğa səbəb ola bilir

26.08.2015 08:05     Sosreaksiya     1841

Bu gün həyatımız texnologiyalardan asılı vəziyyətdədir. İşlərimizi asanlaşıran bu texnologiyalar faydalı olduqları qədər də zərərlidirlər. Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Qazi universitetinin həkimləri apardıqları araşdırmanın nəticələrinə əsasən deyirlər. Araşdırmalar zamanı məlum olub ki, bu gün ən çox istifadə etdiyimiz  mobil telefon, bilgisayar, wi-fi kimi texnoloji məhsullar sonsuzluq yaranmasında böyük rol oynayır. Belə ki, bu vasitələrin yaydığı elektromaqnit dalğaları insan orqanizminə əks təsir göstərir. Həmçinin elektrikli kiçik əşyalar, mikrodalğalı sobalar da bu qəbil alətlərdəndir.

Həkimlər tövsiyə edir ki, bu məhsullardan bacardığımız qədər az istifadə edək. Lazım olmadıqda bağlı saxlayaq. Yatdığımız zaman bu əşyaları özümüzdən maksimum kənara qoyaq.

Şərhlər