Azərbaycanda ötən il dəmiryol ərazilərində 8 500-dən çox mina zərərsizləşdirilib
04.04.2024 17:45 Sosreaksiya 140
2023-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin keçdiyi ərazilər də daxil olmaqla 53 min hektardan çox sahə minalardan təmizlənib, 8500-dən çox mina zərərsizləşdirilib.
Reaksiya.az bu barədə quruma istinadən xəbər verir.
"İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə bərpa və yenidənqurma işləri sürətlənir, soydaşlarımızın doğma yurd-yuva həsrəti getdikcə sona çatır",-deyə məlumatda qeyd edilib.
Şərhlər