“Crocus City Hall”dakı terrora görə daha 3 nəfər saxlanıldı
04.04.2024 17:35 Sosreaksiya 142
Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha 3 nəfəri saxlayıb.
Reaksiya.az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən şəxslər Moskva, Yekaterinburq və Omsk şəhərlərində saxlanılıb.
Onlardan biri Rusiya vətəndaşı olsa da, hər üçü Mərkəzi Asiya regionundandır.
Bildirilir ki, saxlanılan şəxslərdən ikisi terror aktı zamanı istifadə olunan nəqliyyat vasitəsi və odlu silahın əldə edilməsi üçün pul köçürüb. Üçüncü şəxs isə terrorda iştirak edənlərin hücuma cəlb olunması və onu icra edənlərin maliyyələşdirilməsi ilə məşğul olub.
Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.
Şərhlər