MM-də mühüm müzakirə: Brüssel görüşü bölgədəki sabitliyi pozacaq
05.04.2024 11:52 Sosreaksiya 132
Bu gün Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənistan arasında keçirilən görüşün mahiyyəti bir çox məsələləri dəyişəcək.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
O qeyd edib ki, ABŞ dövlət katibi və Avropa Komissiyasının sədri Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında vəziyyəti mümkün qədər izah etməyə çalışıb: “Bütün bunlar Azərbaycana, onun liderinə olan yanaşmanın göstəricisidir. Amma buna baxmayaraq bugünkü görüş regionda formalaşmaqda olan yeni konfiqurasiyanın pozulmasına xidmət edir”.
Deputat bildirib ki, Ermənistana verilən vədlər bölgədə yenidən gərginliyin yaranmasına, revanşizmin alovlanmasına səbəb olacaq.
Millət vəkili Əli Məsimli isə deyib ki, əgər bir sıra dövlətlər Cənubi Qafqazda hegemonluq uğrunda mübarizədə erməni faktorundan istifadə etməsəydi, bölgə bu qədər dağıntılara, humanitar fəlakətə məruz qalmazdı:
"Erməni şovinizmi dövlət qura bilməzdi. Brüssel görüşünün məzmunu bilavasitə bunu göstərir ki erməni faşizminin arxasında duran qüvvələr bundan nəticə çıxarmaq əvəzinə yeni oyunlar qururlar. Blinkenin ifadələrində və Türkiyənin bəyanatlarında da bu, özünü göstərir”.
Şərhlər