Türkiyənin bu şəhərini su yuyub apardı

26.08.2015 11:15     Sosreaksiya     2851

Türkiyənin şimal-şərqində yerləşən Artvin şəhəri təbii fəlakətin təsirinə məruz qalıb. 

Reaksiya.az xəbər verir ki, 6 saat fasiləsiz yağan leysan yağışı nəticəsində 8 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Daha 3 nəfərin də itkin olduğu açıqlanıb.

Ən çox ziyan Hopa rayonuna dəyib, dərə yatağındakı yaşayış məntəqəsində yerləşən evləri  tamamilə yuyub aparıb. 

Rəsmilər həmin ərazidə ev tikilməməsi barədə əvvəlcədən xəbərdarlıq edib.

Həmin əraziyə gələn Meşə və Su İşləri Naziri Veysel Eroğlu belə leysanın 500 ildən bir ola  biləcəyini qeyd edib. 

Şərhlər

Çox oxunanlar