“Avtomobilsiz gün” keçiriləcək
26.08.2015 11:14 Sosreaksiya 1964

Reaksiya.az xəbər verir ki, bu barədə Fransa paytaxtının meriyasının nümayəndələri məlumat verib. Avtomobilsiz gün Parisdə bu ilin dekabr ayında keçiriləcək beynəlxalq konfransa həsr olunub. Konfransın gündəliyində planetdə iqlim dəyişiklikləri problemləri dayanır.
Şəhərin 5 rayonu, əsasən mərkəzi hissə avtomobillər üçün tamamilə bağlı olacaq. Hansısa gündə maşınların hərəkətinin məhdudlaşdırılması imkanı hələ mart ayında nəzərdə keçirilirdi, indi isə Paris meriyası yekun qərar qəbul edə bildi. Qeyd edək ki, avtomobilsiz günlərin keçirilməsi cəhdləri 90-cı illərdən edilir, ancaq hər dəfə şəhərin meriyası problemlər, çətinliklər və hətta etirazlarla qarşılaşırdı.
Şərhlər