“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTOLAR

22.04.2024 14:37     Sosreaksiya     658

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə şəkilində keçirilən aksiyalar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni yaradılan “Şəfəq” qəsəbəsində, Bakı Mühəndislik Universitetində, o cümlədən rayon ərazisində fəaliyyət göstərən bağça və ümumtəhsil məktəblərinin həyətyanı sahələrində baş tutub.

Qeyd edək ki, mütəmadi şəkildə keçirilən bu dəfəki tədbirlər çərçivəsində ümumilikdə 1000 ədəd müxtəlif növ ağac əkilib. Aksiyada Abşeron RİH-in, Abşeron-Xızı Regional Təhsil İdarəsinin və təhsil müəssisələrinin rəhbər şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, Abşeron könüllüləri, şagird və müəllim kollektivləri iştirak edib.

Yeni əkilmiş ağaclara üzvi gübrə verilib, suvarılıb və lazimi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazilərdə ümumi təmizlik və abadlıq işləri həyata keçirilib.

 

 

 

 

 

Reaksiya.az

Şərhlər