General Bəkir Orucovla bağlı qərar verildi – “Tərtər işi”
17.05.2024 18:34 Sosreaksiya 591
“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.
Reaksiya.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümümə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 12 ildən 6 il 6 aya endirilib.
Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb.
Qeyd edək ki,Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.
Şərhlər