Ermənistanın “ən güclü ordu korpusu” geri çəkildi – RƏSMİ

07.06.2024 16:59     Sosreaksiya     341

“Ermənistanın 3-cü ordu korpusu ləğv edilməyib, hələ də mövcudur, lakin Tavuşda – Azərbaycanla sərhəddə hazırda sərhəd qoşunları xidmət edir”. 

Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.

O, Milli Assambleyada jurnalistlərlə söhbətində 3-cü ordu korpusunun Tavuşu tərk etməsi ilə bağlı sualı cavablandırıb.

“Nazirlik bütün məlumatları həddən artıq açıq, şəffaf və operativ şəkildə təqdim edir, ictimaiyyət məlumatlandırılır”, – Arman Sərkisyan bildirib. Jurnalistlər onun cavabını sualdan yayınmaq, həqiqəti pərdələmək kimi qiymətləndiriblər.

Qeyd edək ki, Ermənistanın 3-cü ordu korpusunun “döyüş effektivliyi ilə xüsusi seçildiyi” bildirilirdi. Daha sonra bu birliyin İkinci Qarabağ müharibəsində bir sıra mövqelərin itirilməsində səhvlərə yol verdiyi açıqlandı və cinayət işi başlandı.

Xatırladaq ki, Bakı və İrəvan arasında əldə edilmiş razılaşmalara əsasən Azərbaycan-Ermənistan sərhədində sərhəd qoşunlarının xidmət etməsi barədə razılıq əldə olunmuşdu.

Reaksiya.az

Şərhlər