Gənc dinşünas: "Onun sözlərinin heç bir əsası yoxdur" - POLEMİKA

09.06.2015 13:12     Sosreaksiya     2942

Gənc dinşünas Arzu Həsənzadə dünən Reaksiya.az saytında ilahiyyatçı alim  Əkrəm Həsənovun açıqlamasına münasibət bildirib. O, qeyd edib ki, ilahiyyatçı alimin bu sözlərinin heç bir əsası yoxdur: “Əkrəm Həsənov deyr ki,Allah-Təala qısqancdır.Mənim isə Əkrəm bəyə bir neçə təklifim var: Əkrəm bəyə təklif edirəm ki,qısqanclığın mahiyyətini və bu hissin nədən yaranmasının elmi və psixoloji tərəflərini bir az araşdırsın. Allahın qısqanclıq sifətinin olduğu heç bir kitabda hələ öz əksini tapmayıb. Bu məsələnin də elmi heç bir açıqlaması yoxdur. Əgər bu belədirsə, bizə bununla bağlı dəlil və sübutlar getirməlidir. Qısqanclıq insanlara məxsus bir duyğudur.Allah isə uca bir varlıqdır. Bu hissin Allahda olmasının isə əsaslı şəkildə sübut olunması vacibdir. Mən deyərdim ki, Əkrəm bəyin Allah – Təalanın qısqanc olmasını deməsinin heç bir elmi əsası yoxdur.

Qadınlara gəldikdə isə qadınların açıq- saçıq və cins şalvar geyinməsi hələ fahişəlik demək deyil. Fahişəliyin artması isə dünyadakı fəlakətlərin tək səbəbi ola bilməz. Ümumiyyətlə, Əkrəm bəyin bu məsələyə birtərəfli yanaşması qeyri - ciddi və əsassız bir yanaşmadır. Belə çıxır ki, dünyadakı fəlakətlərin yeganə səbəbi açıq – saçıq geyinən qadınlardır?! Mən deyərdim ki, Əkrəm bəy bu müsahibəsi ilə insanların Allah-Təala və dünya haqqında təsəvvürlərini  fəlakətə sürukləyir. Son bir təklifim isə ilahiyyatçılarımızadir: belə ki, savadlı ilahiyyatcilar bir araya toplanmalı və bu yöndə insanların maarifləndirilməsini təmin etməlidirlər”.

Şərhlər