Günay Ağamalı Salyanın Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Xocalı, Cəngan və Beştalı kəndlərində olub - VİDEO

16.08.2024 12:54     Sosreaksiya     411

DEPUTATLIĞA NAMİZƏD GÜNAY AĞAMALI SALYAN RAYONUNDA SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİR
 
Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 14 avqust 2024-cü ildə Salyan rayonu Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Xocalı, Cəngan və Beştalı kəndlərində seçicilərlə görüş keçirdi.
Görüşlərdə Günay Ağamalının vəkili Fərqanə Cəbrayılova deputatlığa namizədin tərcümeyi-halı və fəaliyyəti barədə seçicilərə geniş məlumat verdi.
Seçicilərlə görüşlərdə Günay Ağamalı Azərbaycanın qalib ölkə kimi bütün sahələrdə sürətli inkişafından, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açdı, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyevin və I Vitse-Prezident Mehriban Xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırdı, dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
O, Salyan torpağının böyük şəxsiyyətlər və mütəfəkkirlər yetirdiyini xüsusi olaraq qeyd etdi, Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə namizəd olmasının ona böyük qürur hissi yaşatdığını söylədi.
Deputatlığa namizəd G.Ağamalı platformasının əsas istiqamətlərini diqqətə çatdırdı.
Seçicilər sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə fəal iştirak edərək, Günay Ağamalıya səs verəcəklərini bildirdilər.
 
 
 
 
 

Şərhlər