Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun Kür Qaraqaşlı kəndində seçicilərlə görüşdü - VİDEO

16.08.2024 16:29     Sosreaksiya     735

Günay Ağamalı 14 Avqust 2024-cü ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində seçicilərlə görüş keçirib.
Kür Qaraqaşlı kənd Mədəniyyət Evində keçirilən görüşdə Xocalı, Beştalı, Ərəbqardaşbəyli və Cəngan kəndlərindən olan seçicilər iştirak edib.
Öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştrakçılarına geniş məlumat verdilər.
Tədbirdə çıxış edən Günay Ağamalı görüşə gələn seçicilərə minnətdarlığını və təşəkkürünü bildirdi, deputatlığa namizədliyinin Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə irəli sürüldüyünü diqqətə çatdırdı.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan, ağbirçəklərdən xeyir-dua aldığıni deyən G.Ağamalı salyanlıların hər zaman xalqına, dövlətçiliyinə çox bağlı olduqlarını bildirdi. O, Salyan torpağının böyük şəxsiyyətlər və mütəfəkkirlər yetirdiyini xüsusi olaraq qeyd etdi.
“Biz Heydər Əliyevin yaradıcısı olduğu müqəddəs yolun yolçularıyıq, davamçılarıyıq. Bu müqəddəs yolda olmağımızla qürur duyuruq”,- deyən G.Ağamalı Ulu Öndərmiz Heydər Əliyevin siyasi kursunu bu gün Prezident İlham Əliyevin və hər bir azərbaycanlının sevimlisi olan I Vitse-Prezident Mehriban Xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırdı.
G.Ağamalı bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanındığını, böyük söz, nüfuz sahibi olduğunu və ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, xalqımız 44 günlük Vətən müharibəsində ölkə Prezidentinin ətrafında Dəmir Yumruq kimi birləşərək, həmrəylik nümayiş etdirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qəhrəmanlıqları ilə erməni faşizmi üzərində tarixi Qələbə qazandı.
Günay Ağamalı dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, hər zaman onların yanında olacağını bildirdi.
Daha sonra G.Ağamalı seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı. O, platformasında Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər, erkən nigah, peşə təhsili, şəhid ailələrinə, yaşlı insanalara, kimsəsiz qocalara diqqət yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi və digər istiqamətləri əhatə etdiyini söylədi.
“Çalışacağam ki, sizlərdən biri olum, sizin səsiniz olum, sözünüz olum, sizin haqqınız olum, sizin hüquqlarınızın müdafiəçisi olum” deyən Günay Ağamalı deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyəti çərçivəsində həll olunması üçün səylə çalışacağını vurğuladı.
Görüş iştirakçıları sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə fəal iştrak edəcəklərini və deputatlığa namizəd Günay Ağamalıya dəstək olacaqlarını, ona səs verəcəklərini bildirdilər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
 
 
 
 
 

Şərhlər

Çox oxunanlar