Günay Ağamalı seçicilərlə növbəti görüşünü keçirdi - VİDEO
18.08.2024 16:00 Sosreaksiya 406
Deputatlığa namizəd Günay Ağamalı 16 Avqust 2024-cü ildə Neftçala rayonunun Aşağı Surra kəndində seçicilərlə görüşdü.
Görüşdən öncə Günay Ağamalı Aşağı Surra kəndində dəfn olunan Şəhidlərin məzarını ziyarət etdi.
Seçicilərlə görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və Elçin Quliyev namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verdilər.
Tədbirdə çıxış edən Günay Ağamalı görüşə gəldiklərinə görə Aşağı Surra kəndinin seçicilərinə minnətdarlığını bildirdi. O, Neftçala camaatının hər zaman milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmətlə yanaşdıqlarını və bu dəyərlərə sədaqət nümayiş etdirdiklərini xüsusi olaraq qeyd etdi.
Günay Ağmalı Ana Vətən Partiyasının fəaliyyətindən danışdı, Milli Məclisə növbədənkənar seçkilərə namizədliyinin həmin partiyadan 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə irəli sürüldüyünü bildirdi.
“Biz Heydər Əliyevin yaradıcısı olduğu müqəddəs yolun yolçularıyıq, davamçılarıyıq. Cənab Prezident İlham Əliyev və hər bir azərbaycanlının sevimlisi olan I Vitse-Prezident Mehriban Xanım Əliyeva bu siyasi kursu bütün sahələrdə uğurla davam etdirirlər. 44 günlük Vətən müharibəsində Prezident-Xalq-Ordu birliyi ilə dövlətimizin gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdik və erməni işğalına son qoyduq”,- deyə Günay Ağamalı bildirdi.
Daha sonra, G.Ağamalı seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı və deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını önə cəkdi.
Günay Ağamalı kənd sakinlərinin probemlərini dinlədi, əgər deputat seçilərsə seçicilər tərəfindən qaldırılan məsələlərin həlli üçün səlahiyyəti çərçivəsində səylə çalışacağını vurğuladı.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
Şərhlər