"Səba"nın fəaliyyətini dayandırması ilə bağlı RƏSMİ AÇIQLAMA

20.08.2024 14:40     Sosreaksiya     158

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası “Səba”nın fəaliyyətini dayandırması ilə bağlı açıqlama yayıb.

Quşçuluq təsərrüfatlarının ictimai birliyindən Reaksiya.az-a bildirilib ki, reallıqda “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb:
“Bu istehsalı “Səba Broyler” ASC-nin yaratdığı Chiken Pro MMC həyata keçirir. MMC-rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək”.
 

Şərhlər