Sabah bu ərazilərdə qaz olmayacaq

21.08.2024 22:32     Sosreaksiya     271

Astara rayonunun 5 kəndində qazın verilişi dayandırılacaq.

Rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Artupa istiqamətində 2000 p/m qaz kəmərinin kipliyə yoxlanılması üçün Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
 

Şərhlər